Villa kirayələ və yay ayları heç yerə getmədən istirahət elə. Kiraye villa ilə hər növ əyləncənin həzzini al.
Azərbaycanın müxtəlif yerlərində kiraye villalar əldə edə bilərsiniz. Bakıda və bölgələrimizdə möhtəşəm kiraye villalar təklif olunur. Villalar standart həyət evlərinə nisbətən daha böyük ərazidə tikilir və daha böyük həyətyanı sahəyə sahib olur. Xüsusilə böyük ailələr üçün ideal olan villaların kirayəsi ilə maraqlanırsınızsa, kiraye villaların yer aldığı elanlara baxa bilərsiniz.
Əsasən 2, 3, 4 mərtəbəli villalarda otaqların sayı və sahəsi həyət evlərinə nisbətən daha çox olur. Xüsusilə yay fəslində daha çox axtarılan kiraye villalar şəhərimizdə daha çox əcnəbi qonaqlar tərəfindən, bölgələrimizdə isə həm əcnəbi qonaqlar, həm də şəhər əhalisi tərəfindən axtarılır. Geniş avtomobil qarajı, təsərrüfat işləri ilə məşğul olmağı sevənlər üçün həyətyanı sahəsi olan villalar sizlərə təklif olunur.
Məsələn, Mərdəkanda 2 mərtəbəli ev 135 kvm-dir və 5 otaqlıdır. Həyətə daş düzülmüşdür. Ev yaxşı təmirlidir və hər bir şəraiti var. Evdə 2 kondisioner, kombi sistemi, mətbəx mebeli var. Ev əşyalarla birlikdə verilir. Ev Mərdəkanın girişində, mərkəzdə yerləşir. Evin yanında marketlər, bank, aptek və klinika var. Qaz, su, işıq, telefon-internet var. Kommunal ödənişlər kirayəyə aid deyil. Günlük kiraye villalar da var.
Şəhərimizin mərkəzində, şəhərimizin qonaqları və şəhərin sakinləri üçün Euro remont və dənizə gözəl panoraması olan mənzil gündəlik kiraye verilir. Mənzil hər bir məişət əşyası ilə təmin olunmuşdur.
Həyətdə oturacaqlar, uşaqlar üçün mini oyun parkı, supermarket, exchange, klublar, kafe və restoranlar mövcuddur. Sadəcə bir neçə kiraye villanı nəzərdən keçirdik. Yuxarıda sadalanlardan daha möhtəşəm görünüşə, təmirə, genişliyə malik kiraye villalar mövcuddur. Bayramlarınızı, tətillərinizi daha yaddaqalan etmək sizin əlinizdədidir.